13.6 C
Gence
13.6 C
Gence

Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar seminar keçirilib

Gəncədə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir təşkil edilib. Bu haqda noyabrın 18-i İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Gəncə Dövlət Universitetində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş seminar keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov ölkəmizdə mövcud olan tolerantlıq ənənələrindən bəhs edib. Azərbaycanın multikultural dəyərlərə malik tolerant ölkə olduğu və burada insanların dini etiqadına hörmətlə yanaşıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Mənəvi intibah” sənədli filmi nümayiş olunub.

 

Ən Çox Oxunan