20.8 C
Gence
20.8 C
Gence

Beynəlxalq İqlim Günü ilə əlaqədar görüş təşkil olunub

Gəncədə iqlim dəyişmələri ilə bağlı tədbir keçirilib. Bu haqda 16 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat veririk.

“İqlim dəyişmələrinin biomüxtəlifliyin qorunmasına təsiri” mövzusunda görüş Gəncə Dövlət Universitetində təşkil olunub. Tədbir Beynəlxalq İqlim Günü ilə əlaqədar baş tutub. Burada universitetin rəhbər heyəti, müəllimləri və tələbələri iştirak ediblər. Görüşdə Göygöl Milli Parkının əməkdaşları tərəfindən tələbələrə iqlim dəyişmələrinin ətraf mühitə, biomüxtəlifliyə təsiri, iqlimə uyğunlaşma, iqlim dəyişmələrinin fəsadları ilə bağlı məlumatlar verilib.

İştirakçılara, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətindən, biomüxtəlifliyin qorunmasının aktuallığından, bu istiqamətdə görülən işlərdən bəhs edilib, gənclərin ekoloji maarifləndirilməsinin önəmi vurğulanıb. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan