21 C
Gence
21 C
Gence

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Gəncədə tarixi abidələrlə bağlı tədbir keçirilib. Bu haqda 19 aprel tarixində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna istinadən məlumat veririk.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə baş tutan tədbir İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunda təşkil olunub. Burada Qoruq fonduna daxil olan eksponatlardan və Uşaq Rəssamlıq məktəbi şagirdlərinin əl işlərindən ibarət rəsm sərgiləri nümayiş etdirilib.

Bundan başqa, Uşaq İncəsənət məktəbi tərəfindən hazırlanmış mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Tədbirdə İcra Hakimiyyətinin məsul əməkdaşları, Regional Mədəniyyət İdarəsinin və AMEA-nın Gəncə bölməsinin nümayəndələri, şəhərimizdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Ən Çox Oxunan