Gəncədə növbəti sərgi keçirilib. Bu haqda 31 oktyabr tarixində GDU-ya istinadən xəbər veririk.
“Belçikaya komikslərlə səyahət” adlı mədəni sərgi Gəncə Dövlət Univerisitetində təşkil olunub. Burada Belçikanın Azərbaycandakı səfiri Mişel Pitermans, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, universitetin prorektorları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Sərgidə rektorun baş müşaviri Asif Cavadov bildirib ki, nümayiş edilən əsərlərdə Belçikanın şəhərləri, görməli yerləri və mədəni ənənələri əks olunub. Burada Belçikada komikslərin “9-cu incəsənət” hesab olunduğu və onlara həsr olunmuş muzeylərin fəaliyyət göstərdiyi deyilib.
Həmçinin bildirilib ki, sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır.
Qeyd edək ki, sərgi Belçika Krallığının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.