5.8 C
Gence
5.8 C
Gence

Belçika Krallığının səfiri ADAU-da olub

Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mişel Pitersman Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) baş çəkib. Bu haqda universitetin rəsmi saytında məlumat paylaşılıb.

Görüşdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü olan professor İbrahim Cəfərov ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, madd-texniki bazası və ikili diplom proqramları haqqında ətraflı məlumat veriblər. Səfir, öz növbəsində, görüş üçün təşəkkür edərək Aqrar Universitetdə olmaqdan məmnun olduğunu diqqətə çatdırıb.

Sonda diplomat universitetin Aqronomluq fakültəsinin tədris korpusuna baş çəkib, burada müasir auditoriyalar və laboratoriyalar ilə yaxından tanış olub.

Ən Çox Oxunan