18.6 C
Gence
18.6 C
Gence

Beşinci mikrorayon sakinləri məhəllələrin baxımsız olmasından narazıdırlar

Gəncədə sakinlər məhəllələrinin abadlaşdırılmasını istəyirlər. Bu haqda 10 may tarixində Space TV-yə istinadən məlumat veririk.

Söhbət şəhərin 5-ci mikrorayonundan gedir. Burada binalardan birinin sakinləri şəraitsizlikdən narazıdırlar. Onları ən çox narahat edən məsələlərdən biri uşaq meydançasının olmamasıdır.

“Binaların qarşısında boş və geniş ərazi var. Bura abadlaşdırılıb, uşaq meydançası salınsa, balacalar toz-torpaqda oynamazlar. Yollarımız da asfaltsızdır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, heç bir nəticə əldə etməmişik”, – deyə sakinlər bildirirlər.

Ən Çox Oxunan