19.1 C
Gence
19.1 C
Gence

Bayraq meydanında velosiped yolu təmir olunub

Gəncədə təmirə ehtiyacı olan velosiped yolu asfaltlanıb. Bu haqda Gencexeber.az-a 29 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Bayraq meydanından gedir. Burada velosiped üçün nəzərdə tutulmuş zolaq bir neçə yerdən yararsız hala düşmüşdü. Asfalt örtüyünün müəyyən bir parçası dağılmışdı.

Bir neçə gün öncə ərazidə təmir işləri aparılıb. Velosiped yolunun həmin hissələri asfaltlanıb.

Ən Çox Oxunan