19.1 C
Gence
19.1 C
Gence

Bayram günlərində uşaqlar üçün əyləncə proqramları olacaq

Gəncədə uşaqlar üçün bayram şənlikləri keçiriləcək. Bu haqda Gencexeber.az-a 28 dekabr tarixində məlumat daxil olub.

Şənliklər “Gəncə Mall”da baş tutacaq. 30 dekabr tarixində saat 17:00-da, 31 dekabrda 15:00-da, 1 və 2 yanvarda isə saat 16:00-da balacalar üçün şənliklər təşkil ediləcək. Bayram günləri baş tutacaq proqramda müxtəlif oyunlar, canlı ifalar və digər əyləncələr olacaq.

Tədbirlərdə iştirak ödənişsizdir. İstəyən hər kəs qatıla bilər.

Ən Çox Oxunan