Gəncədə turnir keçirilir. Bu haqda 2 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.
Basketbol birinciliyi Zəfər Gününə həsr olunub. Oyunlar Azərbaycan Texnologiya Universitetinin idman zalında keçirilir. Burada ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət 4 komanda iştirak edir. Oyunlar dairəvi sistemlə keçirilir.
Birinciliyin nəticələrinə əsasən, ali təhsil müəssisələri arasında baş tutacaq Respublika Çempionatında iştirak edəcək tələbə basketbolçular müəyyən olunacaq.