Gəncədə baramaçılıqla bağlı təlim keçirilib. Bu haqda 26 may tarixində Gənclər Evinə istinadən məlumat veririk.
“Baramaçılığın tarixi əhəmiyyəti” mövzusunda təlim Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Xatirə Məmmədova və Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun elmi işçisi Hüseynova Rasimə tərəfindən təşkil olunub. İştirakçılar Heyvandarlıq Elmi Tədqiqat İnstitutuna səfər ediblər. Onlar baramalarla əyani şəkildə tanış olub.
Təlimdə 17 nəfər iştirak edib.


