Gəncədə xarici mütəxəssislərin çıxışı ilə sirk təşkil olunacaq. Bu haqda 11 mart tarixində Gəncəxəbər.az xəbər verir.
“Fantaziya” sirki 12 mart tarixində 2 seans olmaqla (12:00 və 15:00) Gəncə Dövlət Dram teatrında çıxış edəcək. Tamaşada Qazaxıstan və Özbəkistandan olan mütəxəssislər illüziya, akrobatika və digər tamaşalarla balacaları əyləndirəcəklər.
3 yaşa qədər olan uşaqların iştirakı pulsuz olan tamaşa haqda ətraflı məlumatı (050) 742 49 52 nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.