Gəncəli şagirdlər üçün plener (açıq havada rəsm seansı) təşkil olunub. Bu haqda 28 oktyabr tarixində Uşaq Rəssamlıq Məktəbinə istinadən xəbər veririk.
Uşaq İncəsənət məktəbi və Uşaq Rəssamlıq Məktəbinin şagird və müəllim heyəti Göygöl Milli Parkında olublar. Plenerdə şagirdlər Maral Gölün və ətraf mənzərənin rəsmlərini çəkiblər. Onlara mənzərənin canlı işlənilməsi istiqamətində məsləhətlər verilib. Şagirdlər vaxtlarını əyləncəli və səmərəli keçiriblər.
Plener Regional Mədəniyyət İdarəsi və Göygöl Milli Parkının təşkilatçılığı və adıçəkilən məktəblərin dəstəyi ilə baş tutub.