Gəncədə Azərbaycan Film Akademiyasının yeni filminin heyəti ilə görüş olacaq. Bu haqda Gencexeber.az-a 30 noyabr tarixində məlumat daxil olub.
Tədbir Gəncə Mall ticarət mərkəzində yerləşən “Cinemaplus”da baş tutacaq. 4 dekabr tarixində saat 15:00-da üçüncü zalda yeni təqdim olunmuş “Bakının açarı” filminin yaradıcı heyəti və aktyor komandası ilə görüş keçiriləcək.
Qonaqlar filmi gələn sakinlərlə birgə izləyəcəklər. Film macəra janrındadır.