Gəncədə tibbi aksiya keçiriləcək. Bu haqda 31 mart tarixində “36.6 Med Referans” klinikasına istinadən məlumat veririk.
Bakıdan gələn cərrah, travmatoloq-ortoped Elvin Əsədov 1 aprel tarixində saat 10:00-dan 15:00-dək Gəncə “36.6 Med Referans”da pasiyentləri pulsuz qəbul edəcək. Həkimin fəaliyyət sahələri aşağıdakılardır:
- Uşaqlarda və böyüklərdə sınıqların konservativ və cərrahi müalicəsi;
- Ortopedik xəstəliklərin müalicəsi;
- Sümük və yumşaq toxumaların törəmələrinin müalicəsi;
- Böyük oynaqların artroplastikası;
- Oynaqlarda qapalı əməliyyatlar-artroskopiya (menisk təmiri, Çarpaz bağ rekonstruksiyası);
- Boy uzadılması, sümük əyriliklərinin cərrahi müalicəsi;
- Oynaqdaxili inyeksiyalar.
Ətraflı məlumat almaq və qəbula yazılmaq üçün *0033, (055) 252 83 66 nömrələri ilə əlaqə saxlamaq olar.
Qeyd edək ki, klinika Kəpəz rayonu, Atatürk prospekti, 120B ünvanında yerləşir.