Gəncədə badminton üzrə məşğələlər keçiriləcək. Bu haqda 28 aprel tarixində Badminton Federasiyasına istinadən məlumat veririk.
Azərbaycan Badminton Federasiyası badminton öyrənmək istəyən uşaqlar üçün 5 ünvanda dərslər təşkil edəcək. Məşğələlər aşağıdakı ünvanlarda keçiriləcək:
- 17 saylı tam orta məktəb;
- 21 saylı tam orta məktəb;
- 30 saylı tam orta məktəb;
- 39 saylı tam orta məktəb;
- 44 nömrəli məktəb-lisey kompleksi.
Ətraflı məlumat əldə etmək istəyən şəxslər həmin məktəblərə yaxınlaşa bilərlər.