Baş prokuror Gəncədə sakinləri qəbul edəcək. Bu haqda məlumatı quruma istinadən oktyabrın 3-ü veririk.
Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl və Kəlbəcər rayon sakinlərinin qəbulunu keçirəcək. Tədbir oktyabrın 12-də saat 10:00-da baş tutacaq.
Vətəndaşlar aşağıda göstərilən vasitələrlə qəbula yazıla bilərlər:
- Yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə;
- Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu ilə əlaqə saxlamaqla;
- [email protected] elektron poçt ünvanına yazmaqla;
- Prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə yazmaqla (İnstagram, Facebook, Telegram, Twitter).