20.3 C
Gence
15.5 C
Ganja

Baş məşqçilərin problemləri dinlənilib

Gəncədə məşqçilərlə görüş keçirilib. Bu haqda 19 sentyabr tarixində Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat veririk.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov şəhərin baş məşqçiləri ilə görüşüb. Məqsəd onların fəaliyyəti ilə yaxından tanış olmaq, problemləri ilə maraqlanmaq, təklif və şikayətlərini dinləmək, yaranan çətinlikləri ilə yaxından tanış olmaqdır.

Görüş zamanı baş məşqçilər dinlənilib. Problemləri ilə bağlı söylədikləri fikirlərin həlli istiqamətində addımlar atılacağı vurğulanıb. 

Sonda xatirə şəkli çəkdirilib.