13 C
Gence
13 C
Gence

Baş konsul ADAU-nu ziyarət edib

Türkiyənin Gəncəyə yeni təyin olunmuş Baş konsulu universitetlərdən birində olub. Bu haqda 30 yanvar tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov yeni Baş konsul Recep Öztopla görüşüb. Onu yeni təyinatı ilə bağlı təbrik ediblər. Qurbanov Aqrar Universitetlə Türkiyə Respublikasının ali təhsil müəssisələri arasındakı sıx əlaqələrdən və davam edən layihələrdən danışıb. Sonra ADAU-nun maddi-texniki bazası, Tədris-təcrübə təsərrüfatı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

Sonra perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Ən Çox Oxunan