17.5 C
Gence
17.5 C
Gence

Bəzi ərazilərdə ağaclar baxımsız qalıb

Gəncənin bir sıra ərazilərində ağaclar quruyur. Bu haqda Gencexeber.az-a 19 may tarixində məlumat daxil olub.

Söhbət Gəncə Hava limanına gedən yoldan və “Qaçqın şəhərciyi” adlanan ərazidən gedir. Sözügedən ünvanlarda yaşıllıqlar suvarılmadığı üçün məhv olub. Ərazidə yerləşən müxtəlif növ ağacların əksəriyyəti quruyub.

Sakinlərin sözlərinə görə, yaxınlıqda yaşayan əhalinin suladığı bitkilər “sağ qalıb”, digərləri isə susuzluqdan saralıb.

Ən Çox Oxunan