Gəncədə bir neçə fəvvarə işləmir. Bu haqda Gencexeber.az-a 30 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Fikrət Əmirov və Füzuli adına parklarından gedir. Burada yerləşən fəvvarələr bir müddətdir işləmir. İçərisində yerləşən bəzi metal konstruksiyalar paslanıb. Hovuz hissələrinə yağış suyu dolub.
Ümumilikdə fəvvarələr baxımsız haldadır. Sakinlər onların təmir olunaraq, işə salınmasını istəyirlər.
“İstilər başlayır. Uşağı götürüb parkda istirahət edirik, amma bir azdan istidən nəfəs almaq olmayacaq. Fontanlar işləsə, parkda sərinlik olar”, – deyə onlar bildirirlər.
Qeyd edək ki, sözügedən istirahət guşələrinin yaxınlığında yaşayış binaları yerləşir.