23 C
Gence
18.5 C
Ganja

“Bərabər və Dayanıqlı Ailə Planlaşdırılması” adlı vəkillik layihəsi keçirilir

Gəncədə vəkillik kampaniyaları keçiriləcək. Bu haqda 22 avqust tarixində “Gender Hub Azerbaijan”-a istinadən məlumat veririk.

“Bərabər və Dayanıqlı Ailə Planlaşdırılması” vəkillik layihəsi çərçivəsində gender-əsaslı selektiv abortlara qarşı mübarizə mexanizminin genişləndirilməsi məqsədilə vəkillik kampaniyaların həyata keçirilməsi planlaşdırılır. Bunun üçün Gəncədə fokus qrupu yaradılacaq. Onlar Bakıdan gələn layihə üzvləri ilə görüşəcək və regionlarda gender-əsaslı cins seçiminə dair məsələləri müzakirə edəcəklər. Fokus qrupu üzvləri layihənin yerli koordinatoru qismində çıxış edərək öz bölgələrində məsələnin həllinə dair müxtəlif formalarda könüllü təşəbbüslərlə çıxış edəcəklər. Təşəbbüslərin təşkili üçün Sosial Hüquqlar Mərkəzi və “Gender Hub Azerbaijan” fokus qrupu üzvlərinə yaxından yardım edəcək.

İştirakçılardan aşağıdakılar tələb olunur:

  • 16-35 yaş aralığında olan Bakı, Şəki, Gəncə, Mingəçevir şəhərlərində yaşayan aktiv şəxslər;
  • Regionda gender əsaslı cins seçiminə qarşı mübarizə aparmağa təşəbbüsü olan şəxslər.

İştirak üçün qeydiyyat mütləqdir. Son müraciət tarixi 26 avqustdur.

Qeydiyyat linki: https://bit.ly/3AcmiWn .