19.1 C
Gence
19.1 C
Gence

Aztəminatlı şəxslər üçün yardım aksiyası keçirilib

Gəncədə aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstərilib. Bu haqda 9 may tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Yardım aksiyası Milli Məclisin rəhbərliyi, Vəkillər Kollegiyasının təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının dəstəyi ilə baş tutub. Burada hüquqi yardıma ehtiyacı olan aztəminatlı ailələrin üzvləri ilə görüş keçirilib. Tədbirdə icra başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, millət vəkilləri Musa Quliyev, Naqif Həmzəyev, Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Milli Məclis Aparatının icra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdir müavini Emin İmanov, şöbənin əməkdaşları Rüfət Ələkbərov, Elman Aslanov iştirak ediblər.

İlk öncə ümumi görüş keçirilib. Sonra tədbirdə iştirak edən vətəndaşlar fərdi qaydada millət vəkilləri və 1 nömrəli Vəkil bürosunun vəkilləri ilə görüşüb, onları narahat edən məsələləri dilə gətiriblər. Sakinlərin sualları cavablandırılıb, onlara hüquqi yardım göstəriblər.

Ən Çox Oxunan