14.7 C
Gence
14.7 C
Gence

Aztəminatlı ailələrin övladları üçün ödənişsiz dərslər təşkil edilir

Gəncədə ödənişsiz dərslər keçirilir. Bu haqda oktyabrın 3-ü sosial şəbəkələrdə məlumat paylaşılıb.

Gəncə Maarif Evi İB-də coğrafiya fənni üzrə ödənişsiz dərslər təşkil edilib. Tədrisə aztəminatlı ailələrin övladları cəlb edilir. İşlər “Təhsilə Dəstək” layihəsi çərçivəsizdə aparılır.

Kəmalə Hüseynova həftənin cüt günləri saat 14:30-dan 17:00-dək məşğələləri aparır. Orada Həmçinin Azərbaycan dili, İngilis dili, riyaziyyat və rəsm dərsləri də ödənişsiz olaraq keçirilir.

Gəncə Maarif Evi Mərkəzi kitabxananın yanında, keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində yerləşir. Ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd edilən nömrələrlə əlaqə saxlamaq olar:

  • (055) 388 97 77;
  • (022) 256 03 33.

Ən Çox Oxunan