21 C
Gence
21 C
Gence

Aztəminatlı ailələr üçün yardım aksiyası keçiriləcək

Gəncədə hüquqi yardım aksiyası keçiriləcək. Bu haqda 1 sentyabr tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.

Aksiya Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına şamil edilir. 3 sentyabr tarixində saat 11:00-dan 16:00-dək 1 saylı Vəkil Bürosunun vəkilləri onlara ödənişsiz hüquqi yardım göstərəcəklər.

Görüş büronun inzibati binasında təşkil olunacaq.

Ünvan: Cavad xan küçəsi, 53.

Ən Çox Oxunan