Gəncədə yardım aksiyası keçiriləcək. Bu haqda 18 avqust tarixində 1 saylı Vəkil Bürosuna istinadən məlumat veririk.
Aksiya Gəncə şəhərində və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə, həmçinin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına şamil edilir. 20 avqust tarixində saat 11:00-dan 16:00-dək 1 saylı Vəkil Bürosunun vəkilləri onlara ödənişsiz hüquqi yardım göstərəcəklər.
Görüş büronun inzibati binasında təşkil olunacaq.
Ünvan: Cavad xan küçəsi, 53.