Gəncədə ödənişsiz hüquqi yardım aksiyası təşkil olunacaq. Bu haqda 4 may tarixində Vəkillər Kollegiyasına istinadən məlumat veririk.
Milli Məclisin deputatları Musa Quliyev, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyevin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən aztəminatlı şəxslərə hüquqi yardım göstəriləcək. Görüş 7 may tarixində saat 12:00-da YAP Gəncə şəhər Təşkilatında olacaq.
Yararlanmaq istəyənlər Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva ilə (012) 594 99 85, (050) 340 09 81 nömrələri vasitəsilə əlaqə saxlaya bilərlər.