Gəncədə “Azəriqaz” işçiləri ilə görüş keçirilib. Bu haqda 27 aprel tarixində Gəncə Regional Qaz İstismar İdarəsinə istinadən məlumat veririk.
Gəncə Regional Qaz İstismar İdarəsi rəhbərliyinin Xidmət Sahəsinin əməkdaşları ilə görüşü baş tutub. Burada işçilərin əmək şəraitinin yaxşılaşdırılması, qaz təhlükəli işlərdə təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməsi kimi məsələlər müzakirə edilib.
Əməkdaşların qarşılaşdıqları çətinliklər, onları maraqlandıran suallar dinlənilərək məsələlərin həlli ilə bağlı qərarlar qəbul olunub.