24.7 C
Gence
24.7 C
Gence

Vətən müharibəsinin başladığı gün

44-günlük müharibədə Gəncə şəhərindən 98 hərbi qulluqçu Şəhidlik zievəsinə ucalıb.

27 sentyabr 2020-ci ildə Paşayev Abdulla Sultan oğlu, Mustafayev Elvin Fəxrəddin oğlu və Yusubov Orxan Allahverdi oğlu Şəhid olublar.

Paşayev Abdulla 24 iyul 1998-ci ildə Gəncədə anadan olub. O, Füzuli döyüşləri zamanı Şəhid olub və 28 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə Gəncədə anadan olub. O, 27 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub. Elvin Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub, tapıldıqdan sonra Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Yusubov Orxan Allahverdi oğlu 19 yanvar 1992-ci ildə Gəncədə anadan olub. O, Murovdağ istiqamətində gedən döyüşlər zamanı Şəhid olub və Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub.

Orxan Yusubovun nəşi 3 iyun 2021-ci ildə tapılaraq, ailəsinə təhvil verilib və 4 iyun Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Ən Çox Oxunan