13 C
Gence
8.5 C
Ganja

Azərbaycan Respublikasının Təhsil İnstitutu və UNİCEF-in birgə əməkdaşlığı ilə keçirilən layihə davam edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və BMT Uşaq Fondunun (UNİCEF) birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi davam edir. Bu haqda 27 sentyabr tarixində ARTİ-nun rəsmi saytında məlumat paylaşıb.

Layihə çərçivəsində Gəncə və digər şəhərlərdə “İnklüziya mədəniyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirilib. Siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədi ilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Gəncədə inklüziv sinif layihəsi 39 nömrəli tam orta məktəbdə həyata keçirilir.

Ən Çox Oxunan