Gəncədə incəsənətlə bağlı layihə start götürür. Bu haqda 28 fevral tarixində GİKM-yə istinadən məlumat veririk.
“Azərbaycanın İncə İrsi İncəsənət” layihəsi Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə həyata keçiriləcək. Proqram gənc rəssamların və musiqiçilərin öz bacarıqlarını sərgiləmələri üçün keçirilir.
Layihə 4 və 5 mart tarixlərində təşkil olunacaq və iki mərhələdən ibarətdir. Birinci mərhələdə rəsm qabiliyyəti olan gənclər öz əl işlərini nümayiş etdirəcəklər. Musiqiçi gənclər isə əsasən, milli musiqilərdən ibarət əsərlər səsləndirəcəklər. İkinci mərhələdə iştirakçılar Monumental rəngkarlıq növü olan Freska (boya vasitəsilə suvaq üzərinə çəkilən rəngkarlıq əsəri) üslubu ilə ictimai yerlərdə divar üzərində boyalarla milli-mənəvi dəyərləri əks etdirən sənət əsərləri çəkəcəklər.
Proyektə 14-29 yaş aralığında gənclər müraciət edə bilərlər. Layihə sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.
İştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 2 mart, saat 18:00-dır.
Qeydiyyat linki: https://forms.gle/HFb3S6g98k43yweq7.