5.8 C
Gence
5.8 C
Gence

“Azərbaycan klassikləri” başlığı altında sərgi keçirilib

Gəncədə kitab sərgisi keçirilib. Bu haqda 30 aprel tarixində Regional Mədəniyyət idarəsinə istinadən məlumat veririk.

Sərgi 11 nömrəli kitabxana filialı tərəfindən “Azərbaycan klassikləri” başlığı altında təşkil olunub. Filialın böyük kitabxanaçısı Gülnar Hüseynova iştirakçılara kitabxana fondu haqda məlumat verib. Daha sonra “Böyük Azərbaycan şairi Nizami”, Məhsəti Gəncəvinin “Rübaidən Rübaiyə”, Mirzə Şəfi Vazehin “Qızılgül ətirli nəğmələr”, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərləri, Seyid Əzim Şirvaninin seçilmiş əsərləri və daha bir neçə kitab nümayiş olunub.

Tədbirdə Gəncə Dövlət Rəsm Qalereyasının kollektivi və kitabxananın fəal oxucuları iştirak ediblər.

Ən Çox Oxunan