25.5 C
Gence
17.5 C
Ganja

“Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildlik kitabın təqdimatı baş tutub

Gəncədə kitab toplusunun təqdimat mərasimi keçirilib. Bu haqda məlumatı iyunun 15-i Kəpəz televiziyasına istinadən veririk.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində baş tutub. Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” adlı beşcildlik kitabının təqdimatı olub.

Topluda Azərbaycan iqtisadiyyatı elmi cəhətdən geniş təhlil edilib. Nəşrdə respublikamızın hərtərəfli inkişaf modelinin elmi-nəzəri əsasları barədə materiallar yer alır.

Beşcildlikdə zəngin arxiv materiallarına və 1000-dən artıq mənbəyə istinad olunub. Bildirilib ki, kitablar ali və orta ixtisas məktəblərinin tələbələri üçün dərs vəsaiti kimi də istifadə edilə bilər.

Kəpəz televiziyasından foto
Kəpəz televiziyasından foto