Gəncədə gənc müəllimlərlə görüş keçirilib. Bu haqda Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.
Görüş Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə baş tutub. Tədbirdə AGMA-nın sədri Rüfət Əliyev və Gəncə şəhər üzrə koordinatoru Kəmalə Nəhmədova gələcək layihələr haqda danışıblar. Daha sonra müəllimləri maraqlandıran suallar cavablandırılıb.