16.4 C
Gence
16.4 C
Gence

Azərbaycan dili və ədəbiyyat fənni üzrə konfrans təşkil olunub

Gəncədə I Fənn konfransı keçirilib. Bu haqda 17 noyabr tarixində 33 nömrəli tam orta məktəbə istinadən məlumat veririk.

“Fənnin tədrisinin effektiv yolları və şagird nailiyyətlərinə təsir edən amillər” mövzusunda baş tutan tədbir Azərbaycan dili və ədəbiyyat fənni üzrə keçirilib. Burada məktəbin sözügedən fənn müəllimləri Xuraman Tarverdiyeva, İradə Əsgərova, Sevinc Rüstəmova, İlhamə Haqverdiyeva, ibtidai sinif müəllimləri Svetlana Məmmədova, İncə Məmmədova çıxış ediblər.

Konfransda Azərbaycan dili fənninin tədrisinin effektiv yolları və şagird nailiyyətlərinə təsir edən amillər barədə müzakirələr aparılıb.

 

Ən Çox Oxunan