19 C
Gence
19 C
Gence

Azərbaycan Dövlət Aqrar Universitetində vakansiya mövcuddur

Gəncədə universitetə kitabxana müdiri tələb olunur. Bu haqda 6 dekabr tarixində Azərbaycan Dövlət Aqrar Universiteti məlumat paylaşıb.

Namizədlərdən ali təhsil, xarici dil biliyi, müvafiq sahədə iş təcrübəsi və innovasiyalara meyillilik tələb olunur.

İş barədə məlumat:

  • Kitabxananın işini təşkil еdir, kitabxana işçiləri və struktur bölmələrinin işini planlaşdırır, əlaqələndirir və nəzarət edir;
  • Daxil olan ədəbiyyatın qəbulunu və kitabxana fondunun uçotunu aparır; kitabxana fondunun və kataloqlarının elmi əsaslarla təşkilini təmin edir;
  •  İnformasiya daşıyıcılarının saxlanılmasını, sistemləşdirilməsini və yerləşdirilməsini təmin edir, oxuculara göstərilən informasiya-biblioqrafiya və kitabxana xidmətini təkmilləşdirir;
  • Kitabxana resursları və istifadə səviyyəsi arasında əlaqəni təmin edir.

Maraqlanan şəxslər CV-lərini “kitabxana müdiri” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən Çox Oxunan