Gəncədə ödənişsiz təkmilləşdirmə kurslarına start verilib. Bu haqda Gencexeber.az AZƏRTAC-a istinadən məlumat verir.
Azəbaycan Dövlət Aqrar universitetində “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsində su bioehtiyatları və akvakultura, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və ekologiya üzrə təkmilləşmə kursları başlayıb. Bu ixtisaslar üzrə mütəxəssislərin praktiki bilik və bacarıqlarının artırılması layihənin əsas məqsədidir.
İştirakçılar universitetin məzunları, özəl və dövlət müəssisələrinin mütəxəssisləridir. Layihə iştirakçılarına ADAU-nun maddi texniki bazası, xarici əlaqələri, ikili diplom proqramları barədə məlumat verilib.
Kursları uğurla bitirənlərə sertifikatlar veriləcək.