24.8 C
Gence
24.8 C
Gence

Azərbaycan Dövlət Aqrar Universitetində seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində Rusiyalı elmi işçi seminar keçirib. Bu haqda təhsil ocağının saytında məlumat dərc edilib.

Tədbirdə universitetin rektoru professor İbrahim Cəfərov, Aqronomluq fakültəsinin professor-müəllim heyəti, bakalavr və magistr pillələrində təhsil alan tələbələr iştirak ediblər.

Seminar Rusiya Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, kənd təsərrüfatı elmləri doktoru Fərhad Musayev tərəfindən “Müasir tərəvəzçilikdə aktual problemlər” mövzusunda təşkil olunub.

Bildirilib ki, tərəvəzçilik sahəsi ölkəmizin kənd təsərrüfatında mühüm rola malikdir. Azərbaycan ilə Rusiya arasında bu istiqamətdə görülən elmi işlərdən danışan alim, əməkdaşlıq imkanları və perspektivlər haqqında məlumat verib.

Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin saytından foto

Ən Çox Oxunan