26.9 C
Gence
23.5 C
Ganja

Ayaz Babayev Gəncədə solo konsert verəcək

Gəncədə beynəlxalq sevgililər gününə özəl konsert təşkil olunacaq. Bu haqda 21 yanvar tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən xəbər veririk.

14 fevral saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ayaz Babayevin konserti baş tutacaq. Gənc müğənni solo konsertində özünün ən məşhur mahnılarını təqdim edəcək.

Konserti izləmək istəyənlər biletləri iticket.az saytından və Filarmoniyanın kassalarından əldə edə bilərlər. Ətraflı məlumat üçün: +994 99 810 40 60 (Kassa), +994 77 767 77 72.