Gəncədə əmək yarmarkası keçiriləcək. Bu haqda 9 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat veririk.
Yarmarka agentliyin Gəncə-Daşkəsən Regional Məşğulluq filalının dəstəyi ilə təşkil olunacaq. Tədbir 14 iyul saat 17:00-dan 19:00-dək İcra Hakimiyyətinin qarşısında (Heydər Əliyev meydanı) olacaq.
Burada 60 müəssisə 1345 vakansiya ilə iştirak edəcək. Tədbirə gələnlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada vakansiyalar, iş öhdəlikləri və şərtlər haqda ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, CV-si olmayan şəxslər Məşğulluq Agentliyinin CV Yarat platformasından yararlana bilərlər.
