Gəncədə ödənişsiz müayinələr keçiriləcək. Bu haqda 30 noyabr tarixində “Medicom” mərkəzinə istinadən məlumat veririk.
Tibbi aksiya 3 dekabr tarixində baş tutacaq. “Medicom” ortez və protez mərkəzinin əməkdaşları “Avropa Bərpa Mərkəzi”ndə pasiyentləri ödənişsiz müayinə edəcəklər. Aksiya saat 10:00-dan 17:00-dək keçərlidir. Müayinələr aşağıdakı xəstəliklər üzrə aparılacaq:
- Skolioz;
- Kifoz;
- Yastıpəncəlik;
- Döş qəfəsinin müayinəsi.
Maraqlanan və əlavə məlumat əldə etmək istəyən şəxslər (055) 217 66 39, (055) 327 17 94 və (055) 409 36 63 nömrələri ilə əlaqə saxlaya bilərlər.