25.6 C
Gence
20.5 C
Ganja

ATU tələbələri üçün növbəti layihə həyata keçiriləcək

Gəncədə tələbələr üçün layihə start götürəcək. Bu haqda Gencexeber.az-a 16 sentyabr tarixində məlumat daxil olub.

“TİP – Tələbələrin İnkişaf Proqramı” adlı layihə “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi və “PAŞA Holding”in tərəfdaşlığı ilə Azərbaycan Texnologiya Universitetində həyata keçiriləcək. Layihənin ilk mərhələsi 25-30 sentyabr tarixlərində saat 10:00-dan 13:00-dək keçiriləcək. Burada 20 gənc iştirak edəcək. Təlimlər aşağıdakı mövzuları əhatə edəcək:

  • CV və iş müsahibələri bacarıqlarının artırılması / İnsan Resursları: İşə müraciət zamanı diqqət edilməli məqamlar;
  • Layihələrin yazılması, idarə olunması və büdcə hazırlanması;
  • Çevik bacarıqlar: təqdimat bacarıqları;
  • Komanda quruculuğu.

İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Son müraciət tarixi 22 sentyabrdır.

Qeydiyyat linki: https://shorturl.at/bghqZ 

Layihənin məqsədi Azərbaycan Texnologiya Universitetində təhsil alan və müxtəlif regionlardan olan tələbə gənclərin fərdi inkişafını dəstəkləmək, onların karyera quruculuğu və layihələrin idarə olunması istiqamətlərində biliklərini, o cümlədən çevik bacarıqlarını təkmilləşdirməkdir.