9.7 C
Gence
2.5 C
Ganja

ATU tələbələri “Mingəçevir Tekstil” MMC-də olublar

Gəncədə təhsil alan tələbələr üçün ekskursiya təşkil olunub. Bu haqda 30 oktyabr tarixində ATU-ya istinadən məlumat veririk.

Azərbaycan Texnologiya Universitetinin Yüngül sənaye mühəndisliyi və logistika fakültəsinin I kurs tələbələri Mingəçevirə səfər ediblər. Onlar professor Cahangir Hacıyevin rəhbərliyi ilə “Mingəçevir Tekstil” MMC-də olublar.

Qonaqlar fabrikdə ipliyin alınmasının texnoloji proseslərini əyani olaraq izləyib, müəssisə ilə tanış olaraq müşahidələrini qeydə alıblar.

Ekskursiya çərçivəsində müəssisənin direktoru Əli Əsədov tələbələrlə görüşüb, gələcəyin kadrları ilə həmsöhbət olaraq müvafiq ixtisasa tələbat, perspektiv barədə danışıb, onları gələcəkdə “Mingəçevir Tekstil”də istehsalat təcrübəsinə dəvət edib.

Ən Çox Oxunan