10.3 C
Gence
0.5 C
Ganja

ATU-nun tələbələri basketbol yarışının qalibi olublar

Gəncəli tələbələr yarışda iştirak ediblər. Bu haqda 4 noyabr tarixində ATU-ya istinadən xəbər veririk.

Ali və orta ixtisas təhsili müəssisələri arasında 8 Noyabr – Zəfər Gününə həsr edilmiş basketbol yarışının final oyunu baş tutub. Burada Nizami yurdunda təhsil alan tələbələr mübarizə aparıblar.

Final oyununda ATU komandası ADAU-ya qalib gələrək I yerə layiq görülüb. Oyun 27:24 hesabı ilə bitib.

Qalib komandalara kubok, diplom və medallar təqdim olunub. Yarış Azərbaycan Basketbol Federasiyası və Telekom Basketbol İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilib.

Ən Çox Oxunan