21.4 C
Gence
20.5 C
Ganja

ATU-nun professoruna Fəxri Fərman təqdim edilib

Gəncədə universitet əməkdaşı təltif olunub. Bu haqda 19 sentyabr tarixində ATU-ya istinadən məlumat veririk.

Elm və Təhsil Nazirliyi Azərbaycan Texnologiya Universitetinin professorunu təltif edib. Qida mühəndisliyi və ekspertiza kafedrasının müdiri biologiya elmləri doktoru professor Əhəd Nəbiyevə Fəxri Fərman təqdim olunub. O, 75 illik yubileyi və elmi-pedaqoji fəaliyyətinin 55 illiyi münasibətilə elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə təltif edilib.