Gəncədə əmək yarmarkası təşkil olunacaq. Bu haqda 19 may tarixində ATU-ya istinadən məlumat veririk.
Tədbir 23 may saat 11:00-da Azərbaycan Texnologiya Universitetində baş tutacaq. Burada ölkənin 40-dan çox müəssisə və təşkilatları tərəfindən 400-dən çox vakansiya təqdim olunacaq.
Yarmarka ATU-nun məzunları və son kurs tələbələri üçün nəzərdə tutulub.