19 C
Gence
19 C
Gence

ATU nümayəndələri Gəncədə 9-11-ci sinif şagirdləri ilə görüşüb

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları Gəncədə şagirdlərlə görüşüblər. Bu haqda 8 fevral tarixində şəhər 7 nömrəli tam orta məktəb məlumat paylaşıb.

Məktəbin akt zalında keçirilən tədbirdə 9,10 və 11-ci siniflərdə oxuyan oğlan şagirdlər qatılıblar. ATU nümayəndələri onlara Hərbi Tibb Fakültəsinə Hərbi Tibb, Stomatologiya və Hərbi feldşer işi ixtisasları üzrə 2022-2023-cü tədris ili üçün qəbul qaydaları haqda məlumat veriblər. Daha sonra məktəblilərin sualları cavablandırılıb.

 

Ən Çox Oxunan