Gəncədə universitet növbəti əməkdaşlığa başlayır. Bu haqda 30 may tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni əlaqələri müzakirə edib. Bununla bağlı ATU-da üçtərəfli görüş keçirilib. Burada İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, İsrail-Azərbaycan Tələbə Məzun Şəbəkəsinin sədri Günel Cənnətova və nümayəndəsi Murad Musa iştirak ediblər.
Görüş zamanı ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov universitetin fəaliyyət istiqamətlərindən, gələcək perspektivlərindən danışıb. Birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə edilib.
Sonda yaxın zamanlarda imzalanacaq memorandumun bəndləri müzakirə olunub. Qısa zamanda birgə fəaliyyət planının və əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb. Azərbaycan Texnologiya Universitetində birgə mərkəz və laboratoriyaların qurulması haqqında ilkin razılığa gəlinib.