13.6 C
Gence
13.5 C
Ganja

ATU-da vakant yer üçün müsabiqə start götürüb

Gəncədə universitetlərdən birində vakant yer yaranıb. Bu haqda 31 oktyabr tarixində ATU-ya istinadən məlumat veririk.

Söhbət Azərbaycan Texnologiya Universitetindən gedir. Təhsil ocağının “Yüngül sənaye mühəndisliyi və dizayn” kafedrasına professor tələb olunur. Vakansiya üzrə müsabiqə elan edilib.

Müraciətlər 30 noyabr tarixinədək qəbul olunacaq. Sənədlər təlimata uyğun olaraq, rektorun adına yazılmış ərizə ilə birlikdə Şah İsmayıl Xətai prospekti, 103 (AZ 2011) ünvanına təqdim edilməlidir.

Ətraflı məlumat və əlaqə üçün: (022) 257 56 29.

Ən Çox Oxunan