Gəncədə universitetlərdən birində vakant yerlər yaranıb. Bu haqda 21 noyabr tarixində ATU-ya istinadən məlumat veririk.
Azərbaycan Texnologiya Universiteti boş vəzifələr üzrə müsabiqə elan edib. Təhsil müəssisəsində aşağıdakı vakansiyalar mövcuddur:
- Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasına dosent (1 yer);
- Qida mühəndisliyi və ekspertiza kafedrasına dosent (1 yer);
- Maşın mühəndisliyi və logistika kafedrasına baş müəllim (1 yer);
- Ətraf mühitin mühafizəsi kafedrasına baş müəllim (1 yer);
- İqtisadiyyat kafedrasına baş müəllim (1 yer);
- İdarəetmə kafedrasına baş müəllim (1 yer);
- Kompüter mühəndisliyi və telekommunikasiya kafedrasına baş müəllim (2 yer).
Müsabiqəyə qatılmaq istəyənlər sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə qeyd olunan ünvana təqdim etməlidirlər:
Ünvan: AZ 2011, Gəncə şəhəri, Ş.İ.Xətai pr., 103.
Əlavə məlumat üçün (022) 257 56 29 nömrəsi ilə əlaqə saxlamaq olar. Son müraciət tarixi 21 dekabrdır.