Gəncədə idman tədbiri keçirilib. Bu haqda 3 aprel tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat veririk.
Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xan Bağı Parkında “Atletika hamı üçün” adlı əyləncəli tədbir baş tutub. Burada idman məktəblərinin şagirdləri iştirak ediblər. Onlar atletika idman növü üzrə məşqçi-müəllimlərin rəhbərliyi altında isinmə hərəkətləri, maneələr zolağından keçmə, kəndir dartma, badminton və digər əyləncəli nümunələri təkrarlayıblar.
Sonda xatirə şəkli çəkdirilib.